2022-ci il may ayının sonunda Ermənistanın dövlət borcu təxminən 9 milyard 581 milyon dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 355 milyon dollar və ya 3,8% artıb.
Bu barədə “Joğovurd” qəzeti Maliyyə Nazirliyinin məlumatına əsasən yazıb.
Məlumata görə, xarici borc 6 milyard 533 milyon dollar təşkil edib. Daxili borc 18,2% artaraq 3 milyard 047 milyon dollara çatıb.
“Ermənistanın dövlət borcunun əsas hissəsini, təxminən 70%-ni xarici borclar təşkil edir. Əsasən dollarla alınır və ödənilir, amma bunun üçün dövlət büdcəsindən nəzərdə tutulan məbləğ təbii ki, dramla olduğu üçün dollar nə qədər ucuz olsa, dövlət borcunun əsas borcunu və faizlərini ödəməyə bir o qədər az vəsait yönəldilir. May ayının sonundan, xüsusən də iyunun ilk iki həftəsində dram dollara nisbətdə kəskin şəkildə möhkəmlənir. İyunun 14-də dolların məzənnəsində müəyyən artım olub, lakin iyunun 17-dən yenidən ucuzlaşıb”, – “Joğovurd” qəzeti yazır./Marja/
www.yenicag.az