Ermənistanın ikiüzlü siyasəti bitir: Sülh müqaviləsi revanşist fikirlərə SON QOYACAQ

media-hightechnic-468x90

Ermənistan sülhə imza atmaqla illərlə həyata keçirdiyi işğal və təcavüz siyasətinə müəyyən mənada kompensasiya edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

media-16736969064937146001_1200x630-2

O, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə getməsini istəyənlərdir” bəyanatına münasibət bildirib.

Deputat qeyd edib ki, baş nazir səviyyəsində Ermənistanın mövqe sərgiləməsi artıq İrəvanın reallığı dərk etdiyini deməyə əsas verir.

“Ermənistan tarix boyu qərəzli və ikiüzlü siyasəti ilə tanınıb. Son dövrlərə nəzər saldıqda isə Ermənistan rəhbərliyinin artıq bu şəkildə davam etməyin mümkün olmadığını anladığını ümidlə demək istəyirik. Sülh müqaviləsinin imzalanmasının və bölgəyə qalıcı sülhün gəlməsinin ilk növbədə öz ölkəsi və xalqı üçün nə qədər əhəmiyyətli olduğunu dərk edir.”

Azərbaycan bu gün regionda mühüm aktordur. Cənubi Qafqazdan dünyaya çıxış imkanı yaradan bütün layihələrin həm ev sahibi, həm də söz sahibidir. Ermənistanın da bu layihələrdən kənarda qalmaq istəmədiyini düşünürük. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan onun suverenliyinə və ərazi bütövlüyünə hörmət edən bütün ölkələrlə, o cümlədən Ermənistanla da əməkdaşlığa açıqdır.

“Müharibə, münaqişə və ədavət bir ömür davam edə bilməz. Bu, hər şeydən əvvəl həmin ölkələrin xalqlarına ziyan vurur. Azərbaycan indiyə qədər hər zaman qurucu, konstruktiv və sülhpərvər çağırışlar edib, indi də bunu davam etdirir. Ermənistan rəhbərliyi də hazırda müharibə ilə bağlı səslənən revanşist fikirlərə qarşı mövqe ortaya qoyursa, bu sevindirici haldır.”

Deputat sonda bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi olsa da, olmasa da daimi inkişaf edir. Lakin regionun gələcəyi təkcə Azərbaycan və Ermənistandan ibarət deyil, digər ölkələrin də iştirakı vacibdir. Ermənistan da sülhə imza atmaqla, sülhün qalıcı olmasına tərəfdar olmaqla illərlə həyata keçirdiyi işğal və təcavüz siyasətinə müəyyən mənada kompensasiya edə bilər.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa