Ermənistanın SON ŞANSI: "Ya Azərbaycanla sülh, ya da..."

media-hightechnic-468x90

“Həmin qüvvələri daim zərərsizləşdirmək və Ermənistanı Azərbaycanla yaxınlaşmaqdan yayındırmaq istəyən dairələrə qarşı mübarizəmizi davam etdirməliyik”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

media-whatsapp-image-2025-07-31-at-15-43-58

Deputat, həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanın “Zəngəzur dəhlizi ölkənin inkişafı üçün yeni imkanlar aça bilər” bəyanatına münasibət bildirib. O, Ermənistanın siyasi rəhbərliyinin prosesləri vaxtında düzgün qiymətləndirə bilmədiyini və bu səbəbdən indiki vəziyyətin ortaya çıxdığını vurğulayıb.

“Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra belə sülh təşəbbüsləri göstərdi. Ölkəmiz sülhün təmin olunması üçün bütün mümkün vasitələri səfərbər etdi. Lakin həmin dövrdə Ermənistan və havadarları bu prosesin uğurla nəticələnməsinə imkan vermədilər, qarşı tərəf sülh şəraiti yaratmadı. Dəfələrlə Ermənistanın təxribat meyillərinin şahidi olduq. Buna baxmayaraq, Azərbaycanın sülhə məcburetmə siyasəti artıq öz bəhrəsini verməkdədir. Sülh prosesinin əsas elementləri üzrə razılaşma əldə olunub və əgər Ermənistan öz öhdəliklərini yerinə yetirsə, sülhün baş tutması qaçılmazdır”, – deyə deputat bildirib.

Naqif Həmzəyev, həmçinin prosesləri sonadək izləməli və tam nəzarətdə saxlamalı olduqlarını qeyd edib:

“Heç bir vasitəçi olmadan belə əminik ki, Azərbaycan və Ermənistan tam razılıq əldə edə bilər. Bununla da regionda uzunmüddətli və dayanıqlı sülh təmin olunacaq”.

Deputat Ermənistan rəhbərliyinin son açıqlamaları ilə bağlı da fikirlərini bölüşüb:

“Hazırda Ermənistan hər tərəfdən təcrid olunmuş vəziyyətdədir. Ona verilmiş vədlər yerinə yetirilmir. İndi İrəvan da başa düşür ki, bu şansı düzgün dəyərləndirməsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. Azərbaycanla münasibətlər normallaşmasa, sülh olmayacaq, Türkiyə ilə də əlaqələrin lazımi səviyyəyə çatdırılması və əməkdaşlıq imkanları yaranmayacaq.”

Naqif Həmzəyev Zəngəzur dəhlizinin açılmasının həm Ermənistan, həm də region ölkələri üçün olduqca vacib olduğunu bildirib:

“Qlobal miqyasda baş verən proseslər də göstərir ki, Zəngəzur dəhlizinin açılması hər kəs üçün faydalı olacaq.”

Deputat yaxın zamanda Zəngəzur dəhlizinin reallaşacağına inandığını qeyd edib və əlavə edib:

“Bu nəqliyyat dəhlizi yalnız torpaqlarımızla əlaqəni bərpa etməyəcək, həm də beynəlxalq əhəmiyyət kəsb edən, gəlir gətirən yol olacaq. Bu şəbəkəyə Ermənistan, İran və regionun digər ölkələri, o cümlədən Türkiyə də qoşula bilər.”

“Zəngəzur dəhlizi yaxın zamanda reallaşacaq. Lakin yenə də proseslər nəzarətdə saxlanmalıdır. Çünki regionda sülhün olmasını istəməyən qüvvələr var. Həmin qüvvələri daim zərərsizləşdirmək və Ermənistanı Azərbaycanla yaxınlaşmaqdan yayındırmaq istəyən dairələrə qarşı mübarizəmizi davam etdirməliyik. Sülhün əldə olunması üçün bu mütləqdir”, – deyə Naqif Həmzəyev vurğulayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa