!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanla sərhəddə ARTAN GƏRGİNLİK: "Müharibə ehtimalı yüksəkdir"

!Reklam – Yazi

“Tərəflərin mövqeləri kifayət qədər ziddiyətlidir, bu da müharibə ehtimalını artırır”.

Bu sözləri sülh danışıqlarının dalana dirənməsi, artan eskalasiyanı şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, tərəflər arasında ziddiyət həddən artıq çoxdur:

“100 faiz demək olmaz ki, müharibə olmayacaq. Müharibə ola bilər. Çünki tərəflərin mövqeləri kifayət qədər ziddiyətlidir. Ermənistan heç cür Qarabağdakı separatçı rejimə siyasi, maddi yardım etməkdən, danışıqlara separatçıları da əlavə etmək cəhdlərindən əl çəkmir. Buna görə də sülh danışıqları irəli gedə bilmir. Qarşılıqlı etimadsızlıq var.

Azərbaycan tərəfi isə heç cür sülh potensialından istifadə etmək istəmir. Danışıqlarda “Dəmir Yumruq” məntiqindən uzaqlaşmaq istəmir. Qarabağ ermənilərinə hüquq, azadlıq və digər paketləri təqdim etmir.

Tərəflərin bu cür mövqe tutması gərginliyi hər keçən gün artırır”.

Səxavət Məmməd

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv