Slovakiya miqrant qəbul etməkdən imtinaya görə milyonlarla avro ödəyəcək avro ödəyəcək

media-hightechnic-468x90

“Slovakiya 2026-cı ildə Avropa İttifaqının miqrasiya paktı çərçivəsində miqrant qəbul etməkdən imtina etdiyinə görə təxminən dörd milyon avro ödəyəcək”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso jurnalistlərə açıqlamasında deyib.

“Hökumətimiz bu miqrasiya paktını yaxşı təşəbbüs hesab etmir. Müqavimətimizə baxmayaraq, təəssüf ki, sənəd qüvvəyə minib. Bizim üçün bu məbləği ödəmək 2026-cı ildə təxminən 200 nəfər miqrant qəbul etməkdən daha yaxşıdır”, – deyə Slovakiya hökumətinin başçısı vurğulayıb.

Avropa İttifaqının miqrasiya paktına əsasən, üzv ölkələr miqrant qəbulundan imtina etdikləri halda hər bir miqrant üçün 20 min avro ödəməlidirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05