Türkiyədə beş gün ərzində ikinci dron aşkarlandı
Son beş gün ərzində ikinci dəfə Türkiyədə pilotsuz uçuş aparatı aşkarlanıb. Bu dəfə dron Qara dəniz sahilində, Bartın vilayətinin çimərliyində tapılıb.
Yenicag.az xəbər verir ki, “IHA” agentliyinin məlumatına görə, o, mütəxəssislərin araşdırması üçün Ankaraya göndərilib.
19 iyun, saat 16:00-da Amasra şəhəri yaxınlığındakı Çakraz çimərliyində dronun qalıqları aşkar olunub. Tapıntı yeri jandarm tərəfindən mühasirəyə alınıb. Aparatın üzərində sursat olmayıb.
Bundan əvvəl, 14 iyunda Kapısu bölgəsindəki çimərlikdə döyüş sursatı ilə təchiz olunmuş başqa bir dron aşkarlanmışdı. O da ekspertiza üçün Ankaraya göndərilmişdi.













