Erməniyə qalib gəlib güləşçimiz medal qazandı

media-hightechnic-468x90

Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış edirlər.

media-banner_tkm

Yenicag.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.

Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05