!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ersin Tatarın Bakıya TARİXİ SƏFƏRİ: “Məqsəd Şimali Kiprin müstəqilliyinin tanınmasına...”

!Reklam – Yazi

“Dünyanın yenidən bölüşdürüldüyü bir dönəmdə Şimali Kiprin müstəqilliyinin tanınması imkanları artır”.

Bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatarın Bakıya oktyabrın 12-də baş tutacaq səfərinin mümkün məqsədlərini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada cərəyan edən həssas proseslər fonunda Şimali Kiprin beynəlxalq dəstəyə ciddi ehtiyacı var:

“Belə bir səfərə qərar verilməsi çox düzgün addımdır. İndiki dövrdə dünya çalxalanmaqda və yenidən bölüşdürülməkdədir. Bu proses Berlin divarlarının sökülməsi və SSRİ-nin dağılması ilə başlayıb, hazırda daha da sürətlənməkdədir.

Bu gedişat dünya düzəninə ciddi əl gəzdirəcək. Cənab Ərdoğanın təbirincə desək, dünya beşdən böyükdür. Yəni Birləşmiş Millətlər Təşkilatı mövcud şəraitdə dünya nizamını idarə edə bilmir. Ən azı Azərbaycanın nümunəsində bunun şahidi olduq. Ərazilərimizin işğalı dövründə BMT-nin dörd qətnaməsi az qala, otuz il ərzində icra edilmədi.

Düşünürəm ki, dünyanın yenidən bölüşdürüldüyü bir dönəmdə Şimali Kiprin müstəqilliyinin tanınması imkanları artır. Bu ölkənin beynəlxalq dəstəyə ciddi ehtiyacı var. Şimali Kipr prezidentinin Azərbaycana səfərini əsas məqsədi, ya da məqsədlərindən biri dost ölkə olaraq, dövlət kimi tanınması üçün yardım istəmək ola bilər. Mən inanıram ki, cənab prezidentimiz bu yöndə əlindən gələni edəcək”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv