Əsgər ölümü yoxsa cinayət?

media-hightechnic-468x90

Əvvəlcədən xəstə olduğu bilinən əsgəri hərbi xidmətə niyə gətiriblər?

img1584705Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Hemorragik vaskulit xəstəliyi çox rast gələn xəstəliklərdəndir, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər. (musavat)
 
Tibbi rəydən göründüyü kimi, bu qəfil yaranan xəstəlik deyil, buna uşaq vaxtı yoluxurlar. Demək, mərhum əsgəri xəstə ola-ola hərbi xidmətə gətiriblər.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600