Əsgərimizin ayaqlarını kəsdilər

media-hightechnic-468x90

pDigər hərbçimiz reanimasiyada ağır vəziyyətdədir.

Türkiyədə müalicə alan Azərbaycan əsgərlərindən birinin ayaqları kəsilib.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

Cəmil Çiçək azərbaycanlı əsgərlərə baş çəkdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən əsgərlərimizdən birinin ayaqlarının kəsildiyini, digərinin isə reanimasiyada ağır vəziyyətdə olduğunu bildirib.

Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizin tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600