!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgərliyə gedən şəxsin banka olan kredit borcu dondurulur?

!Reklam – Yazi

Banklardan kredit götürən vətəndaşlar bəzən tələb olunan şərtlərlə maraqlanmadıqları üçün sonradan ödəmə problemi ilə rastlaşmalı olurlar.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, bəzi vətəndaşlar belə hesab edirlər ki, əgər kredit götürən şəxs əsgəri xidmətə yola düşürsə, onun borcu bank tərəfindən dondurulur.

Bir neçə bank və kredit mütəxəssisləri bildirir ki, qanunvericilikdə həqiqi hərbi xidmətlə bağlı hər hansı kredit güzəşti yoxdur:

“Səfərbərlik halı istisna olmaqla əsgərliyə gedən şəxs götürdüyü kredit borcunu ödəməlidir. Ödənmədiyi halda bu, yayınma kimi sayılır və bank vətəndaşı məhkəməyə verə bilər. Çünki vətəndaş əsgərə gedəcəyini əvvəlcədən bilir. Əgər ödəmə imkanı yoxdursa, o zaman özünə borc yaratmamalıdır. Kredit borcunun dondurulması yalnız səfərbərlik zamanı keçərli ola bilər”.

COP29

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv