Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 8 saylı Regional İdarəsinin keçmiş rəisi haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyi təsdiqlənib.
ETSN-nin Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Tofiq Əsgərovun 2023-cü il aprelin 1-də döyülməsi barədə məlumat yayılmış və o bu informasiyanın dövriyyəyə buraxılmasından sonra tutduğu vəzifədən azad edilmişdi.
Həmin məlumata yerində reaksiya verən Daxili İşlər Nazirliyindən (DİN) sözügedən hadisənin araşdırılacağı qeyd olunmuşdu.
Haqqında danışılan olayın araşdırılmasını diqqət mərkəzində saxlayan Yenicag.az-ın bu barədə DİN-ə ünvanladığı sorğuya Nazirliyin Mətbuat Xidmətindən verilən operariv cavabda hadisə ilə əlaqədar təyin edilmiş ekspertiza və aparılmış araşdırma nəticəsində Tofiq Əsgərovun döyülməsi barədə məlumatın öz təsdiqini tapmadığı diqqətə çatdırılıb:
“Onun kənar şəxslər tərəfindən döyülməsi təsdiqini tapmadığından cinayət işinin başlanması barədə qərar rədd edilib”.
www.yenicag.az