!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ev işləri qadın sağlamlığını məhv edir

!Reklam – Yazi

Ailəli qadınların çoxu uşaqların, həyat yoldaşının, evin qayğısını öz üzərlərinə götürürlər.

Amerikalı psixoloqları Suniya Lutar və Lusiya Sisiolla anaların bitməyən ev işlərini “gözəgörünməz əmək” adlandırıblar.

Müasir dövrdə kişilərin də məişət işlərində qadınlara kömək etməsinə baxmayaraq yenə də evi qadınlar idarə edirlər.

“Qadınlar paltarları əllə yumasalar da onlar yuyucu tozun bitib-bitmədiyini, çirkli paltarların yuyulmasını, döşək ağlarının təmiz olmasını və s kimi işləri nəzarətdə saxlayırlar. Hətta fiziki işlər ailə içində kişi və qadın arasında bölüşdürülsə belə əsas yük qadının çiyinləri üzərindədir. Bu isə qadınların psixikasına pis təsir edir.” – deyə psixoloqlar bildirib.

Alimlər uşağı olan 18 yaşa qədər 400 amerikalı qadın arasında sorğu keçiriblər. Sorğuda iştrak edən bütün qadınlar ya vətəndaş nigahında, ya da rəsmi nigahda olublar. Onların bir çoxu yalnız orta təhsil alıblar. Araşdırmaçılar iştirakçıların nə dərəcədə ailəni idarə etməsi, uşaqların qayğısına qalması və maliyyə məsələlərini həll etməsi ilə maraqlanıblar.

Bununla yanaşı alimlər bu amillərin qadın və kişilərin bir-birləri ilə münasibətlərinə nə cür təsir göstərdiyini də analiz ediblər.

Sorğu nəticəsində Lutar və Sisiolla “gözə görünməz əmək”in qadının psixi vəziyyətinə təsir edərək onun hisslərini yüklədiyini üzə çıxarıblar.

Qadınlar bundan çox yorulduqlarını və güclərinin qalmadıqlarını bildiriblər./Medicina/

www.yenicag.az

1249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv