“Həkimlər telefon vasitəsilə evdə müalicə alan koronavirus xəstələrini nəzarətdə saxlayacaq”.
Yenicag.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Yaqut Qarayevaya görə, ev şəraitində müalicə alan xəstələrə nəzarəti sahə həkimləri həyata keçirəcək:
“Koronavirusla mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub. Burada əsas məqsəd mübarizənin gücləndirilməsi və iş yükünün bölünməsidir. Bu istiqamət üzrə artıq mobil xidmət də istifadəyə verilib”.
Gülşən Şərif
www.yenicag.az