Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək

media-hightechnic-468x90

“Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçirilib.

Yenicag.az-ın “Unikal”a istinadən məlumatına görə, vəkil Rəşad Əliyev Əvəz Zeynallının vəziyyətinin kritik olduğunu bildirib.

Əvəz Zeynallı deyib ki, azadlığa buraxılması ilə bağlı sürətli və operativ qərar verilməsini istəyir.

Nizami Rayon Məhkəməsi Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600