Evləndikdən beş dəqiqə sonra faciəvi şəkildə öldülər - FOTO

media-hightechnic-468x90

ABŞ-ın Texas ştatında bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, gənc cütlük nikahlarını qeydiyyata alandan bir neçə dəqiqə sonra faciəvi şəkildə ölüb.

19 yaşlı Harli Co Morqan və 20 yaşlı Riannon Mari nikah qeydiyyatı idarəsindən çıxandan 5 dəqiqə sonra avtomobilləri ilə qəzaya uğrayıb. Qəza nəticəsində gənclər hadisə yerində keçinib. Hadisəni törədən digər avtomobilin sürücüsü qəzadan xəsarətsiz qurtulub.

Polis faktla bağlı araşdırma aparır./Redaktor.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600