Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Evlərdən oğurluq edən şəxs saxlanılıb

Sabunçu və Abşeron rayonlarında evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozunda paytaxt sakini Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadıqları zaman naməlum şəxs tərəfindən onun mənzilindən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, R. Tanrıverdiyev oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə gətirib. Daha sonra isə həmin əşyaların bir qismini Sabunçu bazarına apararaq orada satıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Sabunçu və Abşeron rayonu ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

1380
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM