!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlərin alqı-satqısında DƏYİŞİKLİK: "Behin notarial təsdiqi..." - Ekspert

!Reklam – Yazi

“Alıcı evdə neçə nəfərin qeydiyyatda olduğunu və sənədlərin vəziyyətini öncədən öyrənə biləcək”.

Bu sözləri evlərin alqı-satqısına dair prosedurun dəyişilərək behin notarial qaydasında təsdiqlənəcəyi ilə bağlı dəyişikliyi şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, evlərin alqı-satqısına dair nəzərdə tutulan dəyişiklik tərəflər arasında yaşanan bir çox problemlərin qarşısını almağa kömək edəcək:

“Bəzən vətəndaş ev alarkən ev yiyəsinə beh verir və alqı-satqı zamanı bəlli olur ki, evin sənədlərində ciddi problemlər var və ya evdə qeydiyyatda olan şəxslərin razılığı lazımdır. Bəzən ailəli olan ev yiyəsi həyat yoldaşından xəbərsiz beh götürür və daha sonra həyat yoldaşı notarial qaydada razılıq verməyəndə alqı-satqı proseduru baş tutmur. Hətta alıcı ev yiyəsinə külli miqdarda beh verəndən sonra alqı-satqı baş tutmursa, tərəflər arasında problemlər yaşanır. Bu fonda evlərin alqı-satqısına dair prosedurun notarial qaydada təsdiqlənməsinin üstün cəhətləri çoxdur. Belə ki, razılıq zamanı notarius bütün ilkin məlumatları alıcı və satıcıya ötürəcək. Artıq alıcı evdə neçə nəfərin qeydiyyatda olduğunu və sənədlərin vəziyyətini öncədən öyrənə biləcək. Əgər bankda girovdadırsa və ya digər yüklülük borcu varsa, alıcının məlumatı olur. Həmçinin lazımi sənədlərin toplanması üçün satıcıya məlumat verilir. Bu baxımdan evlərin alqı-satqısına dair prosedurun dəyişdirilməsi şəffaflığın təmin edilməsi üçün məqsədəuyğun addımdır”.

Gülşən Şərif

www.yenicag.az

1052
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv