“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?

media-hightechnic-468x90

“Eyni sifət, eyni formatlı verilişlər, nə qədər olar axı?”

Bunu tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

O, verilişlərdə qonaq olan eyni müğənnilərdən tamaşaçının da bezdiyini dilə gətirib:

“Bəzi barmaqsayı müğənnilər var ki, tamaşaçı onu ekranlarda görmək istəyir. Amma telekanallarda hər gün eyni sifətləri görmək də düzgün deyil. Buna görə də kimi dindirirsən, deyir, televizora baxmıram. Elə telekanal var, rəhmətə gedib, molla lazımdır, aparıb basdırsın. Eyni sifət, eyni formatlı verilişlər, nə qədər olar axı?! Adını çəkmirəm, bir iki telekanal var, gedib küçədən kiməsə 50 manat verib verilişə gətizdirirlər ki, otur, qalmaqal elə. Yaxud da filankəsin qonşusu filankəsin arvadı ilə nə etdi… Ay qardaş, bunun xalqa nə aidiyyəti var?! Onu niyə efirə çıxarırsan?! Biabırçılıqdır, oturub ailəvi televizora da baxmaq olmur. Sözün deyən sənətkarlar var, çağırın, gəlib danışsınlar, oxusunlar.  Bütün günü bu onu söysün, o bunu döydü. İki-üç ekspert adı ilə çağırıb oturdurlar verilişdə, ər-arvadı da oturdurlar digər tərəfdə. “Ya Allah, düşün bunların üstünə” komandası verilir. Sağdan-soldan döşəyirlər e…”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600