“Kərimin vəziyyətində nəinki irəliləyiş var, əksinə sonuncu müalicədən sonra səhhəti daha da pisləşib”.
Bu sözləri ustad meyxanaçı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.
O, yaxın dostu Kərimin sağlıq durumundan danışıb, onun vəziyyətinin pisləşdiyini bildirib:
“Kərimin vəziyyətində nəinki irəliləyiş var, əksinə sonuncu müalicədən sonra səhhəti daha da pisləşib. Müalicə ona kömək etmədi. Yaxşı deyil. Qurban bayramında ziyarət etdim. Onu bu halda görüb, ürəyim qan ağladı. Əziz dostum Kərimi bu vəziyyətdə görmək mənim üçün çox ağırdır. Sözün bitdiyi yerdir, nə deyim? Deməyə söz də tapmıram”.
Cəvahir
www.yenicag.az