Əzm, taktika, ZƏFƏR: Portuqallar ispanları necə susdurdu?

media-hightechnic-468x90

UEFA Millətlər Liqası çərçivəsində dünən baş tutan İspaniya-Portuqaliya oyunu həm suallar doğuran, həm də bir çox məsələlərə aydınlıq gətirən qarşılaşma kimi yadda qaldı.

Yenicag.az-a açıqlama verən tanınmış idman jurnalisti Kənan Həsənov hər iki milli komandanın nümayiş etdirdiyi oyun və fərdi çıxışlar barədə fikirlərini bölüşüb.

media-whatsapp-gorsel-2025-06-09-saat-15-41-08_7bd5db7e

Jurnalist xüsusilə Nunu Mendişin performansının xüsusilə fərqləndiyini bildirib:

“Nunu Mendiş meydandakı əzmkarlığı və mübarizəsi ilə oyunun adamı seçilməyi tamamilə haqq edirdi. Harada top vardısa, orda da Mendiş var idi. Cari mövsümdə sərgilədiyi oyun, əzmkarıq göz qabağındadır. Fikrimcə, bu mövsüm “Qızıl Top” üçün namizədlər sırasında olmağa layiqdir”.

K. Həsənov Portuqaliyanın qələbəsinin əsas səbəblərindən də danışıb:

“Bir qarşılaşmada 4 qol vurulursa, oyun əlavə vaxta və penalti seriyasına qədər uzanırsa, bu, yüksək keyfiyyətli və tamaşaçıya zövq verən matç deməkdir. Həm azarkeşlər, həm də neytral izləyicilər bu oyundan böyük zövq aldı. Portuqaliyanın qalib gəlməsinin əsas səbəbi isə komanda oyununun kompakt və səlis şəkildə qurulması idi. Oyun ərzində daha yaxın, daha soyuqqanlı və ağıllı oynamaları qələbəni gətirən əsas səbəblər idi. Topa nəzarəti ilə tanınan İspaniya yığmasına qarşı intizamlı oynayaraq onların potensialını tam göstərməsinə imkan vermədilər”.

Lamin Yamalın çıxışına toxunan mütəxəssis onun gözləntiləri doğrultmadığını bildirib:

“Dünən meydanda görməyə öyrəşdiyimiz Lamin Yamal yox idi. Əlbəttə, əziyyət çəkdi, çalışdı, amma ciddi təhlükə yarada bilmədi. Bunun səbəbi də elə dediyim kimi, Portuqaliya millisinin taktiki baxımdan daha hazırlıqlı, daha kompakt olması idi. Onlar Yamalın qarşısını almaq üçün xüsusi plan hazırlamışdılar və bu, uğurla tətbiq olundu. Nəticədə Yamal oyun ərzində öz potensialını göstərə bilmədi”.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600