!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

F-16-ların zəif cəhətləri: ABŞ Ukraynaya necə təyyarələr verir?

!Reklam – Yazi

ABŞ-nin Ukraynaya verəcəyi F-16 hərbi təyyarələrinin zəif tərəfləri göstərilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə tanınmış hərbi ekspert Oleq Jdanov danışıb.

Ekspert Ukraynaya göndəriləcək F-16-ların zəif tərəflərinin olduğunu vurğulamaqla yanaşı, o aparatların istənilən halda Rusiya təyyarələrindən daha effektli olduğunu bildirib:

Jdanovun sözlərinə görə, Ukraynaya veriləcək F-16-ların əsas zəif cəhəti onların birmühərrikli olmasıdır, bu isə həmin təyyarələrin F-15 və F-18-lərlə müqayisədə manevr qabiliyyətini aşağı salır:

“İkinci məqam isə bundan ibarətdir ki, F-16-ların ön şassiləri zəif olsa da, bu təyyarələr çox “şıltaq”dırlar və onlar üçün enmə-qalxma zolağı son dərəcə hamar olmalıdır.

Bundan başqa, F-16-ların hava girişi təyyarənin altında olduğu üçün ön şassilərin sıçrayan kiçik daş parçaları mühərrikə düşə bilər. Bunun nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil”.

www.yenicag.az

526
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv