!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fahişəxanalara çevrilən hərbi hissələr: Demoqrafik böhran Ermənistanı çökdürür

!Reklam – Yazi

Ermənistanda demoqrafik böhran ildən-ilə kəskinləşir və bu, problemləri onusz da başından aşan ölkə üçün fəlakətli durum yaradır. Bu dəfə isə “həyəcan təbili”ni çalanlar işğalçı faşist-erməni ordusunda xidmət etmək üçün çağırışçı tapa bilməyən Ermənistanın güc strukturlarıdır.

Bundan əlavə, Ermənistanın mövcud iqtisadi vəziyyəti ordunu saxlamağa imkan vermir, hərbi xidmətdə olanların 25 faizi faktik yararsız olanlardır. İndi isə gənc çağırışçılar çatışmazlığının ortaya çıxması yaranmış narahatlığı daha da artırır.

Ermənistan hakimiyyətinin cəmiyyətdən gizlətməyə çalışdığı statistikaya görə, çağırışçı çatışmazlığı artıq rekord həddə çatıb və faktiki olaraq, işğal altındakı ərazilərin 30 faizində hərbçi saxlamaq imkansız hala gəlib.

İşğalçı ölkənin sağ müxalifət təşkilatların birindən açıqlanan məlumata əsasən, qurumun fəaliyyətinə xitam verilməsinin səbəbi onların övladları hərbi xidmət üçün yararsız, ciddi fiziki qüsuru olan, amma məcburi şəkildə xidmətə göndərilən çağırışçıların ailələrinə yardım göstərmələridir.

Sözügedən təşkilatın əməkdaşı Marqarita Poqosyanın dediyinə görə, hazırda hərbi xidmət üçün yararsız olan 7 min çağırışçı Ermənistan ordusunda xidmət keçməkdədir:

“Hərbi xidmətə yararsız olan o gənclərin 30 faizinin ciddi görmə problemi var. Təxminən 25 faizi hepatit, vərəm və ciddi qaraciyər problemləri kimi infeksiyon xəstəliklərin daşıyıcılarıdır. Çağırışçıların 10 faizi anadangəlmə şəkərli diabet xəstəsi, qalan 35 faizi isə raxitlik, anoreskiya, hemofiliya, ağıldan kəmlik və s. xəstəliklərdən əziyyət çəkirlər.

Bu, özünü həyasızca inkişafda olan Qərb ölkələri ilə eyni sıraya qoymaq istəyən Ermənistan hökuməti və erməni güc strukturları tərəfindən XXI əsrdə törədilən əsl cinayətdir. Əksər hallarda, belə yararsız gənclər ölkənin bölgələrində anaları ilə yaşayırlar. Belə gənclərin 90 faizinin atası Rusiyada və digər MDB ölkələrində işləyirlər. Hərbi komissarlıqlar da bu məqamdan istifadə edirlər.

Çağırışçıların analarını aldadaraq, oğullarının arxa cəbhədə, mətbəxdə, mexanik köməkçisi və s. vəzifələrdə xidmət göstərəcəklərini deyib, onlara yalan vəd verirlər. Belə halların nəticəsi olaraq, cari il ərzində Ermənistan hərbi hospitallarına və vərəm dispanserlərinə xəstəliyin kəskinləşməsi diaqnozu ilə 1 500 əsgər yerləşdirilib, onlardan 56-nı xilas etmək mümkün olmayıb. Həmin əsgərlərin əksəriyyəti vərəmdən, qaraciyər və ürək çatışmazlığından ölüblər. Dünyanın hansı ölkəsində tibbi yoxlama keçmədən də aşkar görünən xəstə və yararsız gəncləri orduya götürürlər”.

Bununla əlaqədar olaraq, Ermənistan hərbi orqanları bir müddət əvvəl baş tutan Təhlükəsizlik Şuraslının qapalı iclasında baş nazir Nikol Paşinyanın qarşısında bu məsələni qaldırıblar. Paşinyana bildirilib ki, demoqrafik böhran həll olunmasa, bir azdan onun iqamətgahını qorumağa belə adam tapılmayacaq. Ona görə də Ermənistan rəhbərliyi qadınları hərbi xidmətə cəlb etmək üçün təbliğata əl atıb.

Nəticədə Ermənistanın dövlət televiziyalarında vaxtaşırı “qadın döyüşçülər” adlı təbliğat materialları nümayiş etdirilir. Bu materiallarda əsasən, İsrail ordusunda xidmət keçən qadınlara istinad olunaraq, “erməni qadınların yəhudi qadınlardan nəyi pisdir, onlar da vətənin müdafiəsində iştirak edə bilməz?” fikri təlqin edilir.

Müstəqil erməni ekspertlərin fikrincə, erməni ordusunun çağırışçı problemini həll etmək üçün gənc qadınlar hərbi xidmətə cəlb olunacaqlar. Bunun nə ilə nəticələnəcəyini isə Paşinyan hələ təsəvvür edə bilmir.

Əxlaqsız qadınların hüquq müdafiəçisi və qadınların reabilitsiya mərkəzinin direktoru, vaxtilə cinsi zorakılığa məruz qalmış Siranuş Ambarsumyan isə qadınların hərbi xidmətə çağırılmasını belə qiymətləndirib:

“Müdafiə Nazirliyi rəhbərliyinin qadınları hərbi xidmətə cəlb etmək məqsədi hamıya aydındır. Əgər qadınlar hərbi xidmətə cəlb olunsalar, qısa müddət ərzində hərbi hissələr əsl fahişəxanalara çevriləcək. Fahişəxanalara çevrilmiş hərbi hissələrdə cavan erməni qızlar hərbi bacarıq yerinə, öz xalqlarına məxsus “qədim “sənət”in sirlərini mənimsəyəcəklər. Belə müasir şərtlərdə qurulan erməni hərbi düşərgələrində gənc erməni qadınlar əxlaqsızlığa sövq ediləcəklər”.

Onun sözlərinə görə, erməni qadınların hərbi xidmətə cəlb edilmələri demobilizasiyadan 2 il sonra kobud və aqressiv kütlənin yaranmasına şərait yaradacaq. Belə qadınlar isə ərə getmək və uşaq dünyaya gətirmək haqda düşünməyəcəklər. Bütün bunlar isə demoqrafik böhran yaşayan ölkə üçün daha faciəvi nəticələrə yol açır.

Qafqaz Ömərov
Tərcümə: Pərviz Mustafa

COP29

www.yenicag.az

4209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv