!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faytonçu Nazim palataya KÖÇÜRÜLDÜ: “Rəbbim məndən əlini üzməyib”

!Reklam – Yazi

Tanınmış müğənni Nazim Pişyarini (Faytonçu Nazim) reanimasiyadan palataya köçürülüb.

Bu barədə Yenicag.az-a müğənni özü açıqlamasında bildirib.

Səhhətinin yaxşı olduğunu deyən sənətçi onu sevən və sağalması üçün dua edən hər kəsə minnətdarlığını da ifadə edib:

“Mən Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunuram. Səhhətim yaxşılığa doğru getdiyi üçün reanimasiyadan palataya keçirilmişəm. Ümid edirəm ki, belə getsə, yəqin, tezliklə məni evə buraxarlar. Şükürlər olsun, rəbbim məndən əlini üzməyib. Rəbbimin diqqətində olduğuma görə, hələ ki nəfəsim gedib-gəlir. Bir də doğmalarımın, sevənlərimin duaları hər zaman məni kritik məqamlarda qoruyur. Allah bütün dua edənlərimi, sevənlərimi qorusun, onların canını sağ eləsin, mən də onlara duaçıyam”.

Cəvahir

www.yenicag.az

266
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv