Fazil Məmmədov açıqlama verdi

media-hightechnic-468x90

89245Vergilər Nazirliyi müvafiq banklarla, o cümlədən Mərkəzi Bankla birgə ölkə üzrə quraşdırılan POS-terminalların sayının artırılması istiqamətində müvafiq işlər görür.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, bunu jurnalistlərə vergilər naziri Fazil Məmmədov deyib. “Əgər 2013-cü ilin yekunlarına görə, Azərbaycanda 38 minə yaxın POS-terminal var idisə, hazırda respublika üzrə 82 min quraşdırılmış və aktiv fəaliyyətdə olan POS-terminal var. Hədəfimiz isə I Avropa Oyunlarına qədər 95 minə yaxın POS-terminal quraşdırmaqdır”, – deyə nazir bildirib.

Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına da münasibət bildirib. Nazir qeyd edib ki, bu prosedur ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tənzimlənir: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb”.

Nazir bildirib ki, “əgər daşınmaz əmlakın alqı-satqısından mənfəət əldə olunacaqsa ƏDV tətbiq olunacaq, daşınmaz əmlak əvvəlki qiymətə satıldığı halda, yalnız ƏDV arasındakı fərq tutulacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600