Fazil Mustafa oğlunun ölümündən danışdı - VİDEO

media-hightechnic-468x90

“Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi”.

Yenicag.az xəbər verir ki, bunu deputat Fazil Mustafa “Kanal S”də yayımlanan müsahibəsində deyib.

O, hadisə zamanı xaricdə olduğunu bildirib.

“Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında yüzlərlə adam arzulayır ki, yaxınının qəbir yeri olsun”, – millət vəkili qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa