!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Mustafanın yeni görüntüləri yayıldı - FOTO

!Reklam – Yazi

“Fazil Mustafanın çiynindəki yara ciddidir, tam sağalması beş-altı aya qədər çəkə bilər”.

Yenicag.az xəbər verir ki, bu sözləri deputatın evini ziyarət edən həkim-fitoterapevt, infeksionist Fizuli Hüseynov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, güllə F.Mustafanın çiynindən 2 santimetr yuxarı dəysəydi çox ciddi həyati problem ola bilərdi.

F Hüseynov Fazil Mustafa ilə çəkilən fotoları da paylaşıb.

Fazil Mustafanın son halını əks etdirən fotoları təqdim edirik:

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

 

COP29

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv