Gəncədə avtomobillə motosiklet toqquşdu: Ölən var
Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili motosikletə toqquşub. Nəticədə motosikletin sürücüsü 2004-cü il təvəllüdlü Amin İsmayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.













