Fəallara cinayət işi açıldı

media-hightechnic-468x90

81416Yenicag anspress-ə istinadən bildirir ki, Ermənistan istintaq komitəsi Gümrü şəhərində baş verən etirazlara görə cinayət işi açıb.

Xəbərdə qeyd olunur ki, cinayət işi müvafiq olaraq 258 “xuliqanlıq” və 316 “dövlət nümayəndələrinə güc tətbiq etmə” maddələri üzrə açılıb.

Xatırladaq ki, 14 və 15 yanvar tarixində Ermənistanın Gümrü şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların tələbi hakimiyyətin erməni ailənin 6 üzvünün öldürülməsində günahlandırılan 102-ci Rusiya bazasının əsgəri Valeriy Permyakovu vətəninə qaytarmaması olub.

Qeyd edək ki, 12 yanvar tarixində Valeriy Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və evlərində yatan Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600