FED yenidən faiz artımına gedə bilər

media-hightechnic-468x90

Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız “nisbətən aşağı” stressə səbəb olur.

Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirdilər.

FED həmçinin öz aktivlərini və uçot dərəcəsini azaltmağa davam edəcəyini təsdiqləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600