Fədakarlığı ilə məşhurlaşan belaruslu savaş könüllüsü qız Ukraynada qalacaq – FOTO

media-hightechnic-468x90

Ukraynanın Buça şəhərində dağıntılar altında qalan cəsədlərin çıxarılmasında iştirak edən belaruslu qız ölkəsinə qayıtmayacaq.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərində ağır döyüşlərin getdiyi Buça şəhərində dağıntılar altında qalan cəsədlərin çıxarılmasında fəallıq göstərən belaruslu Karina Potyomkina bu şəhərdə qalmaq qərarına gəlib.

Bu barədə məlumatı jurnalist, İrpen Şəhər Sovetinin deputatı Mixaylina Skoril-Şkarovskaya açıqlayıb:

“Bizim Karina Ukraynada qalacaq. Dövlət Sərhəd Xidmətindən aldığımız siqnala əsasən, onu Lukaşenko rejiminin caynağına keçirəcək ölkədən çıxarılma haqda qərar ləğv edilib. Hazırda rəsmi sənədlərin çatdırılmasını gözləyirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600