Fələstin mediası Azərbaycanda yaşayan müsəlmanlara ÇAĞIRIŞ ETDİ - FOTO
Fələstin mediası Azərbaycanda yaşayan müsəlmanlara səslənib.
Yenicag.az xəbər verir ki, Fələstinin Teleqram kanalı “Gaza Now” əksəriyyəti müsəlman olan ölkələrin sakinlərini bu gün Fələstinə həmrəylik nümayişləri keçirməyə çağırıb. Onların arasında Azərbaycanın da adı var.
Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə oktyabrın 18-ni “qəzəb günü” elan edib. O, İordan çayının qərb sahilindəki fələstinliləri “İsrail işğalına qarşı ayağa qalxmağa” çağırıb.
Xuraman Etibarlı