!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəlsəfə doktoru ilə DGK-nın Tibb Xidməti arasında NƏ BAŞ VERİB?

!Reklam – Yazi

Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti İdarəsini məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Aygün Əhədova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək məsələləri üzrə mübahisələrlə bağlıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, Mehriban Əmirova Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq işləyib. Onun tərcümeyi-halında da 2014-cü ildən sözügedən hospitalda işlədiyi qeyd edilib.

Bəzi məlumatlara görə, o bir müddət əvvəl işdən çıxarılıb. Lakin bu məlumatı nə hospitalla, nə də Mehriban Əmirovanın özü ilə dəqiqləşdirmək mümkün olmayıb./Qaynarinfo

COP29

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv