Futbol üzrə Türkiyə Kubokunun 2017/18 mövsümünün final oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, həlledici oyunda “Fənərbaxça” ilə “Akhisarspor” üz-üzə gəlib. Bu görüşdə məhz “Fənərbaxça” favoriti hesab olunurdu. Lakin beş qolun qeydə alındığı qarşılaşma İstanbul nəhənginin məğlubiyyəti ilə başa çatıb.
Nəticədə, “Akhisarspor” tarixində ilk dəfə Türkiyə Kubokunun qalibi adını qazanıb. “Fənərbaxça” isə tarixi ərzində 11-ci dəfə həlledici oyundan məğlubiyyətlə ayrılıb. Bu komanda finallardakı məğlubiyyət sayına görə rekordçudu. İstanbul klubu altı dəfə də kuboka sahib çıxıb.
Türkiyə Kuboku
Final
10 may
“Akhisarspor” – “Fənərbaxça” 3:2
Qollar: M.Lopes, 32. A.Sissoko, 70. H.Barbosa, 81 – Fernandao, 56. Souza, 86.