Fərəc Quliyev seçkilərlə bağlı qərarını AÇIQLADI

media-hightechnic-468x90

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər fonunda hakim partiya ilə yanaşı ölkənin bir sıra müxalifət partiyaları da seçkilərə hazırlaşdıqlarını bəyan edirlər.

Müxalif düşərgədən bəzi siyasətçilər deputatlıq mandatı uğrunda mübarizəyə qoşulacaqlarını bildiriblər.

Yenicag.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, V çağırış Milli Məclisin deputatı olmuş Fərəc Quliyev bildirib ki, o, bu il parlament seçkilərində iştirak etmək fikrində deyil:

“Biz parlament seçkilərinə atılmaqla bağlı mətbuata press-relizlər göndərmişik. Ümumi olaraq isə deyim ki, partiyadan 10 nəfərə qədər namizəd iştirak edəcək, lakin mən özüm seçkilərə qatılmayacağam. Qatılmamaq istəməməyimin səbəbi isə budur ki, orada müəyyən şərtlər və məsələlər mənə uyğun gəlmədi. Ona görə də qatılmaq istəmədim”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa