Fərhad Əhmədovun milyonluq avtomobillərinə həbs qoyuldu

media-hightechnic-468x90

Milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra lüks avtomobillərə həbs qoyulub.

Yenicag.az Qaynarinfo-ya istinadla xəbər verir ki, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış Baku Kaspian Real İsteyts Limited MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:

– 10 AZ 708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Rənc Rover Vouq

– AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mersedes-Benz S500 Maybach

– AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybək 62

– AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12

– AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Rənc Rover

– 90 AA 988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mersedes-Benz G63 Brabus

– AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rols-Roys Kallinan

– AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porşe Kayen Turbo

– AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harli Devidson motosiklet

– 99 B 709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mersedes S500

– AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 “Çayka”

– AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porşe Panamera Turbo

– AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri

Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.

Fərhad Əhmədovun nümayəndəsi, Baku Kaspian Real İsteyts Limited MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.

Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin ək

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600