FETÖ-nun nəhəng arxivi ələ keçirildi

media-hightechnic-468x90

FETÖ terror şəbəkəsinin Türkiyə hüquq-mühafizə orqanlarındakı pozuculuq fəaliyyətini əks etdirən arxivi tapılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında ölkənin 81 vilayətində FETÖ-ya qarşı eyni vaxtda başlayan genişmiqyaslı əməliyyatın bəzi detalları yayılıb.

Məlumata görə, əməliyyat zamanı FETÖ-nun Türkiyə hüquq-mühafizə orqanlarındakı arxivi ələ keçirilib və kriptopolislər müəyyən edilib.

Milli İstihbarat Təşkilatının (MİT) həyata keçirtdiyi bu əməliyyatın “Bylock” ünsiyyət proqramının deşifrə edilməsi qədər mühüm əhəmiyyət daşıdığı bildirilir.

Qeyd olunur ki, kriptoların ifşası üçün “Humint” metodundan istifadə edilib.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa