İsrail HƏMAS-ın snayper bölməsinin komandirinin öldürüldüyünü açıqladı

media-hightechnic-468x90

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın snayper bölməsinin komandirinin və yaraqlısının öldürüldüyünü bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin iddiasına görə, öldürülən şəxslər 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə edilən hücumda iştirak ediblər.

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi dəqiq zərbə ilə HƏMAS-ın hərbi qanadının snayper bölməsinin komandirini və daha bir HƏMAS terrorçusunu öldürüb. Onlar Qəzza zolağında fəaliyyət göstərən İsrail ordusu qoşunları üçün birbaşa təhlükə yaradırdı”, – bəyanatda bildirilib.

Ölənlərin adları qeyd edilməyib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05