Fətullah Gülən də “mən Çarliyəm” dedi?
Türkiyənin “Axşam” qəzetinin yazarı Türqay Gülər yazılarının birində “Camaat”-ı tənqid edib.
“Türqay Gülər, “Fətullah Gülən də Çarlıymiş” başlıqlı yazısında Fransa hadisələrindən sonra Həzrəti Məhəmmədin karikaturalarını dərc edən jurnallara reaksiya verməyən “Camaat”-ı kəskin tənqid hədəfinə çevirib.
Gülərin yazısının həmin bölümü belədir:
“Həzrəti Peyğəmbərə təhqir yağdıran bu jurnal bu sıralar camaatın gözbəbəyidir.
Camaatın yazarları, jurnala sahib çıxır.
“Mən də Çarliyəm” deyə, özünü həlak edir.
Bir Çarli də Əkrəm!
Fəthullah Gülən də Çarliymiş!
Emre Uslu, İhsan Yılmaz, Bülent Keneş və dahası.
Bir sözlə, camaatın tamamı Çarliymiş!”