Fəzail İbrahimli: “Azərbaycan Çin üçün olduqca cəlbedici tərəfdaşdır”

media-hightechnic-468x90

Dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi ölkəmizə və onun liderinə xüsusi münasibətin göstəricidir.

Aparılan müzakirələr və çox sayda sənədin imzalanması da bunu göstərir.

media-fezail_bey-300x162

Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd edilməlidir. Görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin. Bütün bunlar onun təsdiqidir ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir.

Prezidentin dünyanın bir nömrəli iqtisadi gücü olan ölkəyə səfərinin məntiqi yalnız Cənubi Qafqazda müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır
Azərbaycan yalnız Cənubi Qafqazda şəriksiz regional lider dövlət olması ilə kifayətlənmək niyyətində deyil. Rəsmi Bakı bu regionda geopolitik iradə sahibi olan Azərbaycanın qlobal məkanda güclü mövqe qazanmasının vaxtının çatdığına əmindir.

Çünki Azərbaycan öz əsas problemini artıq həll edib. Yəni, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub və indi Azərbaycanın inkişaf perspektivləri qarşısında elə bir ciddi əngəl qalmayıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya enerji axınlarının şaxləndirilməsinin təminatında əsas bəndlərdən birinə çevrilməyi qarşıya məqsəd qoymuşdu. Bu gün artıq Azərbaycan Avropanın enerji təchizatı təhlükəsizliyində kifayət qədər önəmli rol oynayır. Gözləntilər bütün aspektlərdə özünü doğrultdu. Azərbaycan iqtisadi baxımdan cəlb edici ölkəyə çevrildi, digər yandan, böyük yatırımlar və onların düzgün şəkildə yönləndirilməsi ölkəni təkcə Cənubi Qafqazda yox, onun hüdudlarından kənarda belə ciddi siyasi oyunçuya çevirdi.

Ancaq Azərbaycan rəhbərliyi bu nailiyyətlərlə kifayətlənmək fikrində deyildi.

Ölkə rəhbərliyi inkişafın və dünyada öz geosiyasi mövqeyini gücləndirməyin yollarını axtarmağa başladı. Azərbaycan öz coğrafi mövqeyi nəzərə alınmaqla logistikaya böyük yatırımlar qoyur, beləcə Avropa İttifaqı və Çin arasında dəmiryolu “hab”ına çevrilməyə can atır. “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi, həmçinin Hindistanı Şimali Avropa ilə birləşdirəcək “Şimal-Cənub” layihəsinə böük yatırımların qoyulması, vacib nəqliyyat qovşağı kmi Avrasiyada Azərbaycanın mövqeyini gücləndirdi.

Azərbaycan iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, geostrateji baxımından, Çin üçün olduqca cəlbedici tərəfdaşdır. Çünki Çin ABŞ-la iqtisadi-ticari savaş ucbatından Avropa Birliyi məkanına yönəlmək niyyətini də qabarıq şəkildə biruzə verir. Bu hədəfə çatmaq üçün isə Azərbaycan Çin üçün əvəzolunmaz tranzit ölkədir. Və bu baxımdan, Azərbaycanın Çinin strateji iqtisadi-ticari planlarında xüsusi yer tuta biləcəyi qətiyyən şübhə doğurmur. Sözsüz ki, bu səfər Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcək. Yəni bu gün yeni beynəlxalq münasibətlər sistemində qlobal Cənub yeni güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi, heç şübhəsiz ki, Çindir.

Bu baxımdan Azərbaycan Prezidentinin Çinə səfəri, imzalanan sənədlər və birgə bəyannamədə yer alan tezislər tarixi əhəmiyyəti ilə yadda qalacaq.

Fəzail İbrahimli

Milli Məclisin deputatı, professor

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600