Almaniyada quş qripi sürətlə yayılır

media-hightechnic-468x90

Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə miqyasında ciddi narahatlıq yaradıb.

Yenicag.az yerli mediaya istinadla xəbər verir ki, havaların soyuması ilə yoluxmanın artacağı gözlənilir.

“Spiegel” nəşri bildirir ki, infeksiya dalğası hələ ən yüksək səviyyəyə çatmasa da, ölkə üzrə təxminən 400 min quş məhv edilib. Brandenburq əyalətindəki iki təsərrüfatda 130 min qaz, ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb.

Mütəxəssislər vəziyyətin ciddi olduğunu və ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğunu bildirirlər. Virusun əsas daşıyıcısının durnalar olduğu qeyd edilib. Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.

Ölkədə qaydaya əsasən, heyvanlar rəsmi göstərişlə xəstəlik səbəbindən məhv edildikdə sahibkarlara Heyvan Xəstəlikləri Fondu tərəfindən kompensasiya verilir. Hazırda bir heyvana görə 50 avro nəzərdə tutulsa da, kənd təsərrüfatı naziri bu məbləğin 110 avroya qədər artırılmasını istəyir. “Bild” qəzeti bunun üçün Avropa İttifaqından ilkin razılığın alındığını bildirib. Kənd Təsərrüfatı Nazirliyindən verilən qəzetə verilən açıqlamada xəstəliklə mübarizə tədbirlərinə Texniki Yardım Xidmətinin (THW) də cəlb oluna biləcəyi qeyd edilib.;Azərtac/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa