FHN-dən partlayışla bağlı məlumat-Fotolar
Əsasən məcburi köçkünlərin məskunlaşdığı daş binada baş verən partlayışdan sonra əmələ gələn dağıntıların altında hələ də 5 nəfərin qaldığı, onlardan ikisinin uşaq olduğu bildirilir. Onların xilas edilməsi üçün tədbirlər görülür. Dağıntının miqyası böyükdür. Hər tərəfə məişət avadanlıqları səpələnib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.