Filippinin xanım vitse-prezidenti istefa verib
Fillipinin vitse-prezidenti xanım Leni Robredo istefaya gedib.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Leni Robredonun istefa verməsinə səbəb prezident Rodqiro Duterte ilə mübahisəsi olub.
Onun sözlərinə görə, prezident xanıma Nazirlər Kabinetinin iclasında iştirak etməyi qadağan edib.
Həmin qadağa isə hər iki tərəf arasında narazılıq yaradıb.
“Mən məhdudiyyətlərə baxmayaraq, bütün gücümü sərf edirdim ki, səmərəli işləyim və peşəkar iş münasibətlərini qoruyum”, – deyə Filippinin xanım vitse-prezident qeyd edib.
Yenicag.Az