Finlandiya ölkəyə giriş qaydalarını sərtləşdirir

media-hightechnic-468x90

Finlandiya sentyabrın 1-dən ölkəyə girişlə bağlı bir sıra hüquqi tənzimləmələri sərtləşdirəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, müvafiq dəyişikliklər Finlandiya hökuməti tərəfindən təsdiqlənib.

Prezident Alexander Stubb iyulun 5-də bu müddəaları rəsmən təsdiq edəcək.

Daxili İşlər Nazirliyinin izahatında deyilir ki, Əcnəbilər Qanunu yaşayış icazəsindən imtina edilməli olan hər bir vəziyyəti, o cümlədən yalan məlumat vermək, qeyri-qanuni qalmaq, Finlandiyada qeyri-qanuni işləmək və evlilik razılaşmasını müəyyən edəcək. Sığınacaq axtaran şəxslər üçün yaşayış icazəsinin alınması, o cümlədən onların şəxsiyyətinin təsdiqi proseduru xeyli sərtləşdiriləcək. Qaçqınlar, məsələn, işə düzəlməklə ölkədə qalmağın hüquqi əsaslarını dəyişə bilməyəcəklər. Həmçinin, biometrik məlumatlar Şengen informasiya sisteminə girişdən imtina barədə məlumatlara əlavə olunacaq./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05