!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fırat Kalkanı əməliyyatının 4-cü ili

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Fırat Kalkanı (Fərat Qalxanı) əməliyyatının 4-cü ildönümüylə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda, Türkiyənin 2016-cı ilin 24 avqust tarixində Suriya ilə sərhəddində PKK/PYD ve İŞİD təhdidlərinə qarşı sərhəd təhlükəsizliyinin, regional sülhün və sabitliyin bərqərar edilməsi üçün Fırat Kalkanı (Fərat Qalxanı) əməliyyatına başladığı qeyd olunur.

“Əməliyyatın məqsədi:

Türkiyəyə Suriyadan hücumların qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək,
Regional sabitliyi təmin edərək suriyalı qaçqınların ölkələrinə təhlükəsiz şəkildə qayıtmalarını təmin etmək,
Bölgədə terror dəhlizinin yaradılmasının qarşısını almaq,
Terror təşkilatlarına silah sursatların və insan axınının kəsilməsidir.
Əməliyyat nəticəsində 2.055 km² sahə nəzarət altına alınıb, 3 mindən çox İŞİD terrorçusu zərərsizləşdirilib.
2014-cü ildən bəri İŞİD-in nəzarətində olan və Türkiyə sərhəddindən 30 km məsafədə yerləşən Əl-Bab şəhəri terrorçulardan təmizlənib.

Sərhəd təhlükəsizliyi gücləndirilərək narkotik vasitələrin qaçaqmalçılığından və qanunsuz yollarla sərhədlərdən keçirilməsindən faydalanan PKK/PYD terror təşkilatına zərbə endirilib. 5 xəstəxana açılıb, 684 məktəbdə təxminən 200 min şagird təhsil almağa başlayıb. Qaziantep Universiteti El-Bab İqtisadiyyat və İdarəetmə Fakültəsi fəaliyyətə başlayıb. Bölgədə su və elektrik problemi həll edilib.

400 məscidin təmir xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən qarşılanıb”, – məlumatda bildirilir./sia.az/

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv