!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Formula 1″-lə əlaqədar iki xəstəxana ayrılıb

!Reklam – Yazi

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 23-25-də Bakıda “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Əmrə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya – gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.

Yenicag.az

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv