“Formula 1″in təqvimi dəyişdi

media-hightechnic-468x90

“Formula 1” üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

Yenicag.az yarışın rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, mövsüm 26 – 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

19 – 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 – 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 – 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9 – 11 apreldə Çində yarış keçirilməli idi. “Formula 1” rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.

Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600