Fotoqrafmı, dövlət katibimi?

media-hightechnic-468x90
img1545940ABŞ dövlət katibi Cənubi Koreya, Çin və İndoneziyanın daxil olduğu beşinci Asiya səfərini davam etdirir.
Səfəri çərçivəsində Con Kerri Şimali Koreyanı nüvə ambisiyalarından çəkindirmək və Çinin regional gərginliklərini azaltmağa çalışır.
Bu gün İndoneziyanın paytaxtında olan dövlət katibi iqlim dəyişikliyinin planetə böyük hədə törətdiyini deyib.
Kerri bildirib ki, alimlərin 97 faizi iqlimin dəyişməsi faktı və onun insanların əməlinin nəticəsi olduğunu qəbul edib.
Alimlər havanın qızması ilə dəniz səviyyəsinin yüksəldiyini və bunun İndoneziya kimi adaları su altında qoyacağını deyirlər.
Kerri bazar ertəsi Cakartadan  Birləşmiş Ərəb Əmirliklərinə səfər edib, körfəz ölkələrinin liderləri ilə İranın nüvə danışıqları, Suriya müharibəsi və Yaxın Şərq sülh müzakirələrini gündəmə gətirəcək. (amerikaninsesi.org)
media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600