Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

media-banner_tkm

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Binəqədi rayon 328 və 138 nömrəli uşaq bağçalarında, Nizami rayon 328 nömrəli tam orta məktəbində, Xəzər rayonunda yerləşən Abşeron Binə Peşə liseyində və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatında, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər 19 nömrəli tam orta ümumtəhsil məktəbində, Gəncə RM tərəfindən Gəncə şəhər 17 və 21 nömrəli, Şəmkir rayonu, Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəblərində və Qazax Rayon Psixiatriya Xəstəxanasında, Qarabağ RM tərəfindən Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd və Ağcabədi rayonu, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 2-ci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Yevlax rayon Nərimanabad kənd və Göyçay şəhər 4 nömrəli tam orta məktəblərində, Şimal-qərb RM tərəfindən Balakən rayonu, Bedağar kənd tam orta ümumtəhsil məktəbində, Muğan RM tərəfindən İmişli şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində, Şimal RM tərəfindən Quba rayonu, Qımılqazma kənd və Qusar rayonu, Zindanmuruq kənd tam orta məktəblərində, Cənub RM tərəfindən Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli, Yardımlı şəhər M.Xaniyev adına 3 nömrəli tam orta məktəblərində və Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

media-6a0c0f2d267526a0c0f2d2675317791752126a0c0f2d267506a0c0f2d26751 media-6a0c0f2d215cf6a0c0f2d215d017791752126a0c0f2d215cd6a0c0f2d215ce media-6a0c0f2d1c27c6a0c0f2d1c27d17791752126a0c0f2d1c2796a0c0f2d1c27a media-6a0c0f2d0a9976a0c0f2d0a99817791752126a0c0f2d0a9946a0c0f2d0a996 media-6a0c0f2cf371d6a0c0f2cf371e17791752126a0c0f2cf371a6a0c0f2cf371b media-6a0c0f2cddd016a0c0f2cddd0217791752126a0c0f2cddcfe6a0c0f2cddcff media-6a0c0f2cd70846a0c0f2cd708517791752126a0c0f2cd70826a0c0f2cd7083 media-6a0c0f2c878486a0c0f2c8784917791752126a0c0f2c878466a0c0f2c87847

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05