!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Azərbaycan və Ermənistanı demarkasiya işlərini davam etdirməyə çağırdı

!Reklam – Yazi

Fransa mayın 10 və 11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Fransa tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını bu prosesin əsası kimi və 7 oktyabr 2022-ci il tarixində Praqada keçirilmiş dördtərəfli görüşün davamı kimi təsdiq etməyin vacibliyini vurğulayır.

Bu çərçivədə Fransa 19 aprel 2024-cü ildə qəbul edilmiş prinsiplər əsasında sərhədin demarkasiyasının və yerdə aparılan ilk demarkasiya işlərinin davam etdirilməsinə çağırır.

Fransa həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələrin davam etdirilməsinə çağırır və Qazaxıstan hakimiyyətinin bu danışıqlara yardım etmək təşəbbüsünü alqışlayır.

Fransa beynəlxalq hüquq normalarına uyğun olaraq Cənubi Qafqazda ədalətli və sabit sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək./unikal

 

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv